bookmate game

Deyl Karneqi

  • Iranianoilbourseje citiraoпре 2 године
    Bircə itdir ki, sevgisindən başqa heç nə verməyərək yaşayır.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Mənim beş yaşım olanda atam mənə sarıdərili bir it balası aldı.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Sən heç vaxt psixologiya üzrə kitablar oxumamışdın, Tippi.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Bir də, siz özünüz adamlara qarşı maraq göstərməzdən əvvəl adamlar sizə niyə maraq göstərməlidirlər axı? Karandaş götürün və cavabı elə buradaca yazın.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Əgər siz adamlarda özünüz haqda təsəvvür yaratmağa və onları özü­nüz­lə maraqlanmağa məcbur etməyə açıq-aşkar can atırsınızsa, siz heç vaxt sadiq, səmimi dostlara malik olmayacaqsınız. Dostlar, əsl dostlar bu yolla qazanılmırlar.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Napoleon bunu öz üzərində sınamışdı və Jozefina ilə axırıncı görü­şün­də demişdi: “Jozefina, tale məni indiyə qədər yer üzərində yaşamış heç bir insanı olmayan kimi cəzalandırıb. Bununla belə, bu saatda siz – mənim dün­yada bel bağlaya biləcəyim yeganə adamsınız”. Lakin Na­po­leonun ona bel bağlaya biləcəyinə tarixçilər şübhə edirdilər.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Məşhur vyanalı psixoloq, mərhum Alfred Adler “Həyat sizin üçün nə demək olmalıdır” adlı kitabında yazmışdır: “Məhz öz həm­qardaşlarına – insanlara maraq büruzə verməyən individuum həyatda ən
  • Iranianoilbourseje citiraoпре 2 године
    böyük çətinliklərə düçar olur və başqalarını ən böyük ədalətsizliklərə məruz qoyur. Bu cür şəxsiyyətlərin arasından uğursuzlar və müflislər do­ğulur”.
  • Iranianoilbourseje citiraoпре 2 године
    Siz psixologiya üzrə alimlərin bir çox işlərini oxuya bilərsiniz, lakin bizimlə sizin üçün bundan vacib olan müddəaya heç yerdə rast gəlmə­yə­cəksiniz. Mən təkrarı sevmirəm, ancaq Alfred Adlerin irəli sürdüyü müd­dəa öz əhəmiyyətinə görə o qədər möhtəşəmdir ki, onu təkrar etmək istə­yirəm.
  • Iranianoilbourseje citiraoпре 2 године
    “Məhz öz həmqardaşlarına – insanlara maraq büruzə verməyən indi­vi­duum həyatda ən böyük çətinliklərə düçar olur və başqalarını böyük ədalətsizliklərə məruz qoyur. Bu cür şəxsiyyətlərin arasından uğursuzlar və müflislər doğulur”.
fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)