az
Əhməd Həmdi Tanpınar

Yay yağışı

Obavesti me kada knjiga bude dodata
Da biste čitali ovu knjigu otpremite EPUB ili FB2 datoteku na Bookmate. Kako da otpremim knjigu?
Əhməd Həmdi Tanpınarın hekayələri “Abdullah əfəndinin
yuxuları” və “Yay yağışı” adı altında iki kitabda toplamış,
bir neçə hekayəsini isə ümumiyyətlə kitablarına daxil
etməmişdir. Bunlardan biri “Fal”, digəri isə “Emirqanda
axşam saatı”dır. Əslində “Emirqanda axşam saatı” “Yay
yağışı”nın layihə məşqidir. “Son məclis” adlı əsər “Varlıq”
dərgisində “hekayə” kimi nəşr olunsa da, yazıçı onu bir
dram əsərinin tərkib hissəsi kimi qələmə alıb.
“Birinci ikramiyə” ömür boyu kasıblıq, pulsuzluq
üzündən əziyyət çəkən, xəyallarında onu borclarından
xilas edəcək bir lotereya uduşunu arzulayan qəhrəman —
Tanpınarın həyatı nöqteyi-nəzərindən də iztirablı bir məna
daşımaqdadır.
Ova knjiga je trenutno nedostupna
374 štampane stranice
Vlasnik autorskih prava
Qanun Nəşriyyatı
Da li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎

Utisci

  • b6522118501je podelio/la utisakпре 3 године
    💤Smooor!

Citati

  • Səməd Şıxıje citiraoпре 8 година
    əslində bəlkə də çox adi bir şeydi. Lakin bu sərxoşluq gecəsində ona birdən-birə qorxunc və imkansız görünürdü. Əslində o təvazökar, hətta bir az utancaq tərbiyəsi və həyəcanı ilə aşiqini səssizcə dinləyən iki ayaq görəcəyini ümid etmişdi; halbuki onların yerində dizlərinə qədər açılmış, görünən mənzərəsiylə, böyük səbirsizlik və çılğıncasına arzu içində çapalayan iki qadın ayağı vardı. Bunlar üsyan edir, çığırır, onu gəzdirən pişik balasına bənzər kiçik ayaqlar durmadan danışırdı.
    Abdullah ötəri bir baxışla söhbətin istiqamətini anladı. Salonun ortasında səfirliyin rəsmi geyimli adamının dik bığları indi başqa bir məna və diqqət qazanmışdı. İndi o bu qadın ayaqları ilə danışmaqda idi.
    Heç bir ifrit, heç bir qəribə məxluq, Abdullah Əfəndini bu ayaqlar və dodaqları ayrı-ayrı şeylər danışan qadın qədər qorxuda bilməzdi. Bu qəribə təsadüf lazımsız bir gizliliklə birdən-birə aşkar etdiyi bu sirr, onda spirtli içkinin verdiyi sərxoşluğu azaltmış, büsbütün başqa bir şey, ifadəsi mümkün olmayan bir dəyişiklik yaratmışdı. Birdən-birə Abdullah özü üçün həyatın artıq bir sirri qalmadığını görərək qorxdu. Bəli, o indi özünü hər gizli şeyin, gülümsər bir insan üzü üçün olduğu kimi möhkəm-möhkəm hörülmüş dəmir qapıların, heç bir keçidi olmayan təkqat divarların arxasında olub-bitən hadisələri gözlərinin önündən keçirirmiş kimi görə biləcək bir gücə sahib oldu. Bir büllur parçası, yaxud bir qab su içindən uzaq, ən gizli şeyləri, hətta bir düşüncənin, hələ naməlum olan bir təsəvvürün daha tamamlanmamış halqalarını, qımıldanmağa yeni başlamış toxumlarını belə sezib görən bir keçmiş zaman göstəricisi kimi, Abdullah Əfəndi də indi, öz başında bütün həqiqətləri çılpaq bir geyimdə və hazır vəziyyətdə görürdü.
    O, doğrusu, bütün ömrü boyu bundan qorxmuş, bir gün insanlar və əşya ilə olan münasibətlərinin, əlaqələrinin səthi planından çox daha dərin və çox başqa bir səviyyəyə çıxmasından, kainatı əhatə edən və ona gözəlliyini verən böyük sirrin, ortasından kəsilmiş bir meyvə kimi birdən-birə bütün çılpaqlığı ilə açıq-aşkar görünməsindən, qorxunc mənzərəsiylə onda hər növ yaşama zövqünü bir anda, eynilə bir nəfəsdə söndürülən şam kimi söndürməsindən qorxmuşdu. Məhz indi, o qədər hürkdüyü və bununla bərabər gözlədiyi saat gəlib çatmışdı.
    Abdullah Əfəndidə bu qorxu tam üç il əvvəl həyatının təkcə bir macərasına son verən və onu tam başqa bir adam edən bir qış gecəsindən etibarən vardır. Bəli, otağında yalqız, görünməyən bir sevgilini gözlərkən birdən-birə başı üstündə binanın damının uçduğu və otağına ulduzların dolduğu o böyük gecədən bəri Abdullah o biri dünya ilə arasında heç də arzu etmədiyi bir şəkildə qüvvətli və dərin münasibətin başladığını hiss etmişdi.
    Bunun necə olduğunu heç özü də çox asan anlada bilməzdi. Sadəcə, tək bir şeyi, o zamanlar ümidsizliyin son həddində yaşadığını bilirdi. Bir insanın öz taleyini bütün aydınlığı ilə görməsi qədər qorxunc nə ola bilər? Abdullah Əfəndi bir neçə həftədən bəri onunla baş-başa, göz-gözə yaşayırdı. Məhz bu iztirab içində, başı ən qaranlıq düşüncə və təsəvvürlərlə dolu olduğu halda, kiçik bir otaqda oturub çırpınarkən, birdən-birə sanki bir qiyamət qopurmuş qədər böyük bir gurultu ilə olduğu yerdə mıxlanıb qalmışdı.
    “Nə baş verir?” deyə başını qaldırdığında tavanın üstdən uçub-töküldüyünü və ulduzların əllə tutulacaqmış kimi yaxından otağına sallandıqlarını gördü və sonra sevdiyi qadın bu ulduzlara basaraq, onları tutaraq, işıqlarına bürünərək, onlara yaslanaraq otağına girdi. Abdullah bir dəfə qapısını döyməmiş, ona tərəf gəlməmiş bu gözəl məxluqun belə bir uçmuş taxtapuşdan bir ulduz tufanı içində otağa tavandan girməsinə heç də heyrət etmədi. Əslində, bu gözəl və əsl məxluqun özüylə eyni xəmirdən yoğurulmuş olmasına heç bir zaman inana bilməmiş, onun çox yüksək büsbütün başqa və əlçatmaz bir aləmdən gəlmiş bir varlıq olmasına daim inanmışdı.
    Bu səbəbdəndir ki, ona heç yaxınlaşmamış, sevgilisini daima özündən uzaqda görmüş; və bu hissin verdiyi əsrarəngiz bir qorxu içində bütün həyatı zəhərlənmişdi. İndi isə bu qəribə hissi gözlərinin önündə bir həqiqət olurdu. Sevgilisi ona bəlkə də aylarla davam etmiş iztirablarının mükafatı olaraq öz təbiətində görünməyə razı olmuşdu.
    Ertəsi səhər otağından ulduz parıltılarının əzdiyi, yastıladığı bir Abdullah Əfəndi günəş işığını gülünc bir şey kimi qəbul edən, kəhkəşanların südü ilə bəslənmiş bir ilahi körpəsi qədər xoşbəxt; fəqət dünyamıza yarı yad, onun qanun və zərurətlərini, başına üst-üstə yığılmış işıqlı təbəqələrin arasından ancaq uzaq bir xatirə şəklində sezən bir Abdullah Əfəndi çıxdı. Bir Abdullah Əfəndi ki, alnının ortasında özünə ruhi sağlamlığını, sakitliyini qaytaran tək bir öpüşü parlaq və yandırıcı bir ulduz kimi daşıyırdı. Bu səadətin yanında onu bir daha görməyəcəyini bilmənin iztirabı belə kiçik qalırdı.
    Məhz o gecədən bəri özündə çox dərin bir yerdə gizli, sirli bir yayın hərəkətə keçdiyini hiss etdi. Kainat qarşısında artıq əvvəlki eyni adam deyildi. Hər şey onda sanki daha dərinə, daha əsaslıya doğru gedir və bu səbəbdən günlük mənzərə və çöhrələr onun üçün vaxtaşırı dəyişirdi. O artıq ətrafında olan hər şeyi kiçik və bəzən çox təəccüblü oyanışlar halında görməyə məhkum idi; bir dumandan sıyrılan tək bir ağac kimi, bu zehnin bulanıqlığına, mövcud olan hər şey tək başına əks olunurdu. Həyatın bütünlüyünü və bəsitliyini itirmişdi; Abdullah bunun belə olmasından iztirab çəkirdi. Çiyinlərində daşıya bilməyəcəyi qədər ağır bir yük olduğunu zənn edir və bu səbəbdən məyus olurdu. “Başqa insanlar kimi yaşamaq...” Bu nə qədər gözəl və yaxşı bir işdir... O biri insanlar... Məhz bu axşam bəlkə də ən qəti şəkildə onlardan ayrılırdı. Halbuki buraya onlarla birləşməyə, onlar kimi olmağa gəlmişdi... Ətdən və sümükdən bayağı bir qadın yerinə, nəşəli bir varlıq, başqa bir ulduzun möcüzəli bir uşağı tərəfindən sevilmiş olmanın məxsusi səadətini indi, neçə-neçə illərdən sonra kim bilir necə bir kəffarəylə ödəyəcəkdi? “Bəlkə də tamam ağlımı itirəcəyəm!.. Büsbütün...” deyərək ürpərdi və sonra gizlədə bilmədiyi bir həyəcanla yanındakıların bunu duyub-duymadıqlarını anlamaq üçün dörd tərəfinə baxdı. Xeyr, kimsə bu dəyişikliyin fərqində deyildi, kimsə bunu anlamamışdı.
    İndi nə edəcəkdi? Yavaş-yavaş bütün həyatın onun üçün çöhrəsini dəyişdirməsini gözləməkdən, taleyinə razı olmaqdan başqa nə edə bilərdi ki? İçində son bir ümidlə “Bəlkə doğru deyildir, bəlkə mənə elə gəldi” deyərək bir daha özünü sınamaq istədi və bu dəfə salonun ucundakı pəncərə hücrəsinə oturmuş söhbət edən iki nəfərə yavaşca baxdı; və bir az sonra buradakı oyunun tamamilə başqa cür olduğunu gördü.
    Burada sarışın, ala gözlü, gözəl və dürüst ağızlı bir qadın otururdu. Qarşısındakı kişinin üzünü görə bilmirdi, yalnız masa üzərinə yarım dayadığı əllərinin işarələrilə danışdığı başa düşülürdü. Hətta qadının üzündəki heyran baxışlarına, təbəssümündəki aşkar şəfqətə diqqət yetirilərdisə, bu söylədiyi sözlərin çox gözəl, çox mənalı, çox şirin şeylər olması lazım gəlirdi.
    Abdullah Əfəndi: “Heç olmasa bu dəfə elə namünasib bir şey görmürəm, bax, bunlar bir-birinə son dərəcə uyğun insanlar...” dedi. Birdən-birə ağılları çaşdıracaq bir məxluq tərəfindən deyil, adi bir qadın tərəfindən sevilmək düşüncəsi, yenidən ona böyük, əlçatmaz bir səadət kimi göründü. Fəqət hələ bu düşüncələri tam bir şəkil almadan, gözünün önündən əvvəlkindən də daha çox qorxunc, daha imkansız bir səhnə keçdi. Abdullah Əfəndi sonralar bunu bütün təfərrüatıyla xatırlamış və hər dəfə də ilk öncəki qorxu və təəccüb hissini keçirmişdi. Kişi bir müddət danışdıqdan sonra birdən-birə başını irəliyə qabağa uzadaraq ətrafa tələsik bir baxışla nəzər salmış, sonra gənc qadının əlini tutaraq yavaşca ağzına aparmaq istəmişdi. Məhz bu məqamda olan hadisəni Abdullah Əfəndi ömrünün sonuna qədər unuda bilməzdi. Bəli, kişi qadının əllərini ovcunun içinə aldı və dodaqlarına yaxınlaşdırdı və Abdullah bu aydın və düzgün qadın üzündə həqiqi parlayacaq olan səadət və həzzi yaxşı görmək üçün ona bütün diqqətilə baxmağa başladı. Qadın dişlərinin gözəlliyini göstərən və dodaqlarının genişlənən cizgiləriylə, adətən, üzün alt tərəfini bürüyən bir təbəssümlə gülməkdə davam edirdi, üzü bir sehrlə dəyişmiş kimi idi. Arzu və həyəcanın şişirdiyi boynu, bir nəbz qədər müntəzəm vururdu. Fəqət, əli tam gəncin ağzına dəyəcəyi anda və bir an əvvəl öncə bu təbəssüm, sonra bu çöhrə silindi, qara pencəyin, qırmızı koftanın və tüllü şlyapanın əhatə etdiyi baş ortadan qeyb oldu. Hamısının yerinə bir uçurumdan daha qorxulu bir boşluq, sapsarı kiçik bir boşluq peyda oldu və gəncin ağzına götürdüyü əlin yerində sadəcə bir qaldı. Bu kəlimə ilə bayaqdan bəri gözəlliyinə, zərifliyinə, həyat eşqinə heyran olduğu gənc qadın ortadan qeyb olmuş yerində bir yığın geyim, sadəcə bir yığın əşya qalmışdı.
    Ayaqqabı ilə paltonun möhkəm-möhkəm örtdüyü qisim arasındakı məsafədə corab, havası boşalmış bir şar kimi görünüşünü itirmiş, bürüşmüş, sönmüşdü. Və bu hal beləcə dörd-beş saniyə, bəlkə də bütün bir dəqiqə davam etdi. Fəqət, iztirab və əzab içində bu qısa fasilə Abdullah.Əfəndiyə bütün bir əbədiyyət kimi göründü. Bu dəqiqəni həyatından silmək üçün o nələri qurban etməzdi! Heyrətlə “qorxunc, qorxunc!” – deyə qışqırdı.
  • Səməd Şıxıje citiraoпре 8 година
    Gecə çox gözəl başlamışdı: kiçik salonda lampalar, güzgülər, qədəhlər bir-birində daim eyni parıltını əks etdirirdilər. Beş yoldaşdılar. Beşinin də əhvalı yüksələrək son həddə çatmışdı. Nə tapırdılarsa içir, gülüb-danışırdılar. Bununla belə, onlar kiçik yeməkxanada yalqız deyildilər. Masalarının qarşısındakı iki pəncərə arasında oturmuş iki cütlə ortadakı masada dörd kişidən ibarət qarışıq bir qrup da var idi. Sakit və öz aləminə qapılmış bütün müştərilər bu kefli adamlara əvvəlcə heyrətlə tamaşa edib, sonra kefli olmalarına rəğmən onlara əhəmiyyət verməməyə başladılar. Onsuz da bu beş yoldaşın ətraflarına çox baxmağa halları yox idi. Onlar öz aləmlərində idilər, ləzzətlə yeyib-içir və söhbət edirdilər. Heç bir-birlərinin nə dediklərinə qulaq asmırdılar. Ancaq hamısı çox gözəl şeylər danışdıqlarına əmin idilər. Ən çox içinə qapanaraq yaşamağa alışmış Abdullah Əfəndiyə gəlincə, o, gecənin gedişatından çox məmnun idi. Özünə bir növ yüngüllük gəlmiş, demək olar ki, dörd tərəfini belə vəziyyətlərdə bir dəmir çənbər kimi dövrələyən boğucu dar havalı şəxsiyyətindən azad olmuşdu. Bu cür adamlarda həmişə olduğu kimi, o da bu bənzəri olmayan zamanın dəyərini bilir və özünü digər insanlar arasında görməkdən çox məmnunluq duyurdu. Bəli, indi o da ətrafındakı şadyanalığa qatılmış, bir az əvvəl yeməkxanaya gələrkən olduğu ruh halından ayrılmanın həzzi içində danışır, əylənir, hətta kiçik və çox təcrübəli şəkildə dostlarını təqlid edirdi. Başqa sözlə, uyğun məqamda həmlə edir, yaxud da pusquda qalmağa çalışır, zarafatlaşır, həcvlər söyləyir xilqətdən qorxaq bir insanın təhlükəli bir gecə yolçuluğunda dəstənin ən önündə getməkdən duyduğu anlaşılmaz bir nəşə içində açıq-saçıq sözləri belə dilə gətirirdi. Ah, bir kor kimi ətrafını öyrənə-öyrənə, dörd bir tərəfi yoxlaya-yoxlaya getmək... Şübhəsiz ki, sabah səhər etdiyi bu əməllərdən iyrənəcək, bu gecəni israf edilmiş bir zaman kimi dərk edəcək və özünü alçalmış hiss edəcəkdi. Fəqət nə fayda, bir gecə üçün əfv edilər və əylənməyə haqqı olduğunu bilərək şüurlu surətdə əylənirdi. O halda bu əyləncənin dəyəri ikiqat idi.
    Əslində Abdullah əfəndi ömrünün sonuna qədər daxilən olduğu kimi qalan, nəfsini bir an belə unutmayan, ətrafdakı havaya ən çox çıxan zaman belə, daxilində eyni alt mərtəbədəki hadisələri maraqla izləyən üst mərtəbədəki kirayəçi kimi guşəsində gizli, xəfiyyə, narazı və zalım ikinci bir şəxsin mövcudluğunu, onun zəhərli təbəssümünü inkar və özündən aşağı görməkdən xoşlanan qürurunu və hər an ruhunu hesab verməyə dəvət edən insanlardan biri idi. Ah, bu ikinci Abdullah Əfəndi, bu yuxarı mərtəbə sakini... Xeyr, o kirayəçi deyil, evin əsl sahibi, əfəndisi, hökmdarıydı. Zavallı Abdullah Əfəndi, bu səssiz müşahidəçinin baxışları altında həyatının bütün ləzzətlərinin birdən-birə zəhərə çevrildiyini ömrü boyu görəcəkdi. Ah, bir an üçün sərxoş ola, onu unuda bilsəydi! O zaman bütün işlər – hər şey dəyişəcək və Abdullah həm bu süfrədə, həm də həyatın bütün “süfrələrində” çox yeni bir adam olacaqdı.
    Bu axşamın qeyri-adiliyi, bu təkəbbürlü ev sahibinin naməlum bir şəkildə duzlu və sərt tərəfini itirmiş, yumşalmış duyğusunu əks etdirməsində idi. Buna görə Abdullah Əfəndi geniş, ağır, sürüşkən halqaları bütün vücuduna doladıqdan sonra, zəhərli dişini can alacaq yerinə keçirməyə hazırlaşan bir ilanın ayaqlarının ucunda birdən-birə yatıb qaldığını görən bir çöl səyyahının inanılmaz sevinci içində qədəh-qədəh üstünə içirdi. Hamı onu bəyənirdi. Artıq bütün suallar bitmiş, böyük təriflər başlamışdı. Bütün bunları düşünərkən birdən-birə necə oldu ki, yeməkxanada olan başqa müştərilərə baxmağa başladı? Çox güman ki, daxilindəki baş verən bu dəyişikliyin izlərini ətrafda da görmək istəyirdi. Doğrusu, bunu sonralar heç özü də xatırlamadı; yalnız bildiyi bir şey vardı. Bu da o zaman qəribə, ağır bir yuxudan oyanaraq ağır bir yükü öz üzərindən atan insanlara məxsus bir yüngüllük içində olması idi. Ortada salonun bu hissəsini ikiyə bölən masanın müştəriləri getmiş, yerlərinə dik bığları və şaquli burnu ilə diqqətləri çəkən səfirliyin rəsmi geyimli bir şəxs, hərəkətlilikdən məhrum cüssəsiylə bir növ bostan müqəvvasına bənzəyən, qarabuğdayı bir kişi gəlmişdi. Abdullah Əfəndi bir müddət onun avtomat kimi yemək yeməsini, daha doğrusu, bu dik bığlı və taxta başın müntəzəm fasilələrlə, birdən-birə kəsilmiş kimi qarşısındakı böyük makaron boşqabına, enib sonra yenə qalxmasına tamaşa etdi. Bu həqiqətən görüləsi bir səhnə idi – müşahidəçi hər dəfəsində bu başın bir daha qalxmayacağı hissini yaşayır və insan bu qorxu içindəykən, birdən-birə iki dodağı arasında bir dəstə makaronla onun təkrar qalib və sakit şəkildə köhnə yerinə döndüyünü görürdü.
    Sonra gözləri daha da irəliyə getdi. O, qarşısındakı pəncərə arasında oturan kişi ilə qadına – salona ilk girdiyi zaman gördüyü cütlərdən birincisinə baxdı. Bu, kiçik, zərif, hər istədiyində dodaqlarının nəmliyinə və gözlərinin işıltısına bir az daha çox məna verməyi bilən xanımlardan idi. Qarabuğdayı və çox şirin bir dərisi vardı. İki dirsəyini masaya dayayıb, mənalı baxışlarıyla qarşısındakı kişini dinləyirdi.
    Boynunu müntəzəm şişirən nəfəsində, çiyinlərinin itaətkarlığında da, bütün vücudunun qarşısındakına aid olduğunu göstərən bir halı var idi. Öz-özünə:
    – Budur, dedi, bu qarşımda oturan kişi, yəqin ki, tanıdığım insanların ən xoşbəxtidir. Bu qadın, sadəcə, iradəsiylə və ya bir anın istəyi ilə deyil, bütün üzvləri və həyatıyla onun... Başı, dodaqları, çiyinləri, sinəsi, nəhayət, bütün vücuduyla onu dinləyir... və həqiqətən ayaqlarından belə, toxunsam eyni diqqət və xoşbəxt təslimiyyətin şahidi olaram.
    Bu inamla oturacağında bir az yana doğru əyilərək qadının ayaqlarına tərəf baxdı və elə o andan etibarən gecənin bütün ecazkarlığı, möcüzəsi, sehri qeyb oldu. Abdullah Əfəndi qəribə, söylənməsi mümkünsüz olan bir duruma düşdü.
  • Səməd Şıxıje citiraoпре 8 година
    Sonra gözləri daha da irəliyə getdi. O, qarşısındakı pəncərə arasında oturan kişi ilə qadına – salona ilk girdiyi zaman gördüyü cütlərdən birincisinə baxdı. Bu, kiçik, zərif, hər istədiyində dodaqlarının nəmliyinə və gözlərinin işıltısına bir az daha çox məna verməyi bilən xanımlardan idi. Qarabuğdayı və çox şirin bir dərisi vardı. İki dirsəyini masaya dayayıb, mənalı baxışlarıyla

Na policama za knjige

fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)