bookmate game
az
Somerset Moem

Ay və qara qəpik

Obavesti me kada knjiga bude dodata
Da biste čitali ovu knjigu otpremite EPUB ili FB2 datoteku na Bookmate. Kako da otpremim knjigu?
  • Bobby Marleyje citiraoпре 8 година
    Mən keçmiş haqqında düşünmürəm. Mənim üçün yal­nız əbədi olan bu gün var.
  • b8234558246je citiralaпре 8 година
    Qadın, kişinin hər bir təqsirindən keçə bilər, amma ona yazığı gəldiyindən fədakarlıq edən kişini heç vaxt ba­ğış­lamaz.
  • b8234558246je citiralaпре 8 година
    Sadəliyin, sakitliyin gözəlliyini duymaq lazımdı. Həyatda elə sakit və başıaşağı dolanmaq lazımdı ki, taleyin amansız gözü bizi görməsin. Sevgini də, mehribanlığı da sadə və adi adamlarda axtaraq gərək. Onların sadəliyi bizim çoxbilmişliyimizdən yaxşıdır. Kiçicik daxmamızda sakit, dinc bir həyat yaşayaq, onlar kimi sadə, nəcib və ürəyiyumşaq olaq, həyatın mənası bax, budur.
  • b8234558246je citiralaпре 8 година
    Mən onu özümdən çox istəyirəm. Heysiyyət, mənlik o zaman sevgiyə qarışır ki, sən, doğrudan da, özünü daha çox sevəsən. Bir də ki, evli ola-ola başqa qadına vurulan kişilər azdımı? Hər şey qurtarandan sonra ər arvadının yanına qayıdır, arvad da onu qəbul eləyir, hamı da bunu təbii sayır. Qadınlara gəldikdə, niyə başqa cür olmalıdır?
  • Bobby Marleyje citiraoпре 8 година
    Yəqin ro­man­tikanı duymaq üçün bir az aktyor olmaq lazımdır, bir də özündən uzaqlaşıb, öz hərəkətlərinə kənardan, başqa gözlə baxmalısan.
  • Bobby Marleyje citiraoпре 8 година
    Yadımda deyil, hansı müdriksə məsləhət görüb ki, ruhi müvazinətini saxlamaq üçün gündə iki dəfə xoşlamadığın işi gör. Şəx­sən mən belə də elə­yi­rəm: hər gün yuxudan dururam, hər gün də yatıram.
  • b7297636632je citiraoпре 6 година
    Adamlar var ki, doğulmalı olduqları yerdə deyil, tamam başqa bir yerdə dünyaya gəlirlər. Ancaq tale onları hansı diyara atsa da, heç görmədikləri o doğma yerin həsrətini həmişə çəkirlər. Yaşadıq­ları yerdə bu cür adamlar özlərini qərib hiss edir, körpəlikdən tanı­dıq­ları yamyaşıl xiyaban­lar, oyandıqları izdihamlı küçələr onların ömür yolunda yalnız ötüb keçən bir mənzərə təsiri bağışlayır. Onlar doğmalar arasında yad kimi yaşayır, doğulduqları diyarda rəqib olurlar. Bəlkə elə bu qəriblik hissi o adamları harasa lap uzaqlara çəkib aparır, könül bağlayıb, yurd salıb həmi­şəlik yaşamağa çağı­ran hansısa bir qüvvə cəzb edir onları.
  • b7297636632je citiraoпре 6 година
    Adam çaya düşəndə yaxşı ya pis üzməyinin əhə­miy­yəti yoxdur. O çalışıb sudan çıxmalıdır, yoxsa batacaq.
  • Faguma Ismayilovaje citiralaпре 7 година
    Kim deyirsə əzab insanı nəcibləşdirir, o səhv edir, insanı xoş­bəxt həyat nəcib­ləşdirir, əzab isə adamı cılızlaşdırır, qisasa çağırır.
  • Bobby Marleyje citiraoпре 8 година
    İnsana mif yaratmaq qabiliyyəti verilmişdir. Ona görə də adam­lar cəmiyyətdə seçilən ayrı-ayrı şəxslər haqqında hərisliklə, qəribə və sirli əhvalatlar uydurmaqdan özünü saxlaya bilmir, fanatik bir inamla yaratdıqları əfsanənin bir parçasına çevrilirlər. Bu, həyatın adiliklərinə qarşı roman­tiklərin qiyamıdır.
fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)