ar

Teodor Drayzer

  • Sevaje citiralaпре 2 године
    Etdiyin cinayətin təzyiqi altında yaşamaq, yəqin ki, çox dəhşətlidir.
  • Sevaje citiralaпре 2 године
    Dünyada bizim nail olmaq istədiyimiz çox şey var. Lakin bunların hamısını birdən arzulamaq olmaz! Bir də ki, yerinə yetməyən bir arzu üçün baş yormağın nə faydası!
  • Sevaje citiralaпре 2 године
    İnsanlar həmişə öz hisslərini ifadə etməyə can atırlar, lakin əksəriyyəti buna qadir deyildir. Onlar bunu başqalarına həvalə edirlər. Bax, o zaman istedad onların köməyinə gəlir. Biri bəşəri arzuları musiqidə, o birisi şeirdə, üçüncüsü isə dramda ifadə edir. Bəzən isə təbiət bütün hissləri insanın üzündə cəmləşdirir. O, üzü bütün insan meyllərinin ifadəçisi edir.
  • Sevaje citiralaпре 2 године
    Sizin təbiətinizin xüsusiyyəti gözlərinizdə, ağzınızın cizgilərində və əlbəttə, qəlbinizin quruluşundadır. Lakin siz öz-özünüzdən üz çevirib ancaq arzularınızı yerinə yetirmək üçün yaşayırsınız, bütün bunları itirə bilərsiniz. Gözləriniz sönər, ağzınızın cizgiləri dəyişər, səhnə istedadından məhrum olarsınız. Ola bilsin ki, siz buna inana bilmirsiniz, lakin bu belədir. Təbiət bunun qayğısına qalar.
  • Sevaje citiralaпре 2 године
    Əvvəllər həyatın nə isə bir qiyməti vardı. Lakin daimi ehtiyac və düşgünlük yer üzünün nemətlərini onun nəzərində sönük və əhəmiyyətsiz etmişdi. Tale onu xüsusən, amansız didişdirdiyi zaman o, bir neçə dəfə fikrinə gətirmişdi ki, bütün bunlara son qoymaq lazımdır. Lakin hava açılan kimi və ya on sent, hətta bəzən iyirmi beş sent tapan kimi onun əhvalı dərhal dəyişirdi. O zaman o, öz-özünə deyirdi ki, hələ bir qədər yaşaya bilər.
  • Sevaje citiralaпре 2 године
    son dəfə təşəbbüs etdi:

    — Mənə kömək etməzmisiniz, ser? Mən acından ölürəm.

    Yoldan ötən cavab verdi:

    — Zəhləmi aparma, rədd ol! Sən nəyə lazımsan axı.

    Herstvud soyuqdan qızarmış əllərini cibinə soxdu. Gözləri yaşla doldu. O öz-özünə dedi: “Bu doğrudur, mən heç nəyə lazım deyiləm. Bir zaman mən çox yaxşı idim. O zaman mənim pulum var idi. Buna son vermək vaxtı çatmışdır!”
  • Sevaje citiralaпре 2 године
    Yalnız təhqirlərdən başqa bir şeyə rast gəlmədiyi günlərdə ölüm ona cazibəli görünürdü.
  • Sevaje citiralaпре 2 године
    Həyatın qanun və tələbləri xəyalpərəst üçün çox sərtdir. O, daim gözəlliyin səsini dinləyərək, onun uzaq qanadlarının səsinə həssaslıqla qulaq asaraq, onun ardınca getmək istəyir və uzun yol getməkdən ayaqlarını yorur.
  • Sevaje citiralaпре 2 године
    Çikaqo, Nyu-York, Drue, Herstvud dəbdəbə və səhnə aləmi – bütün bunlar yalnız epizodlar idi. Kerrini bunlar deyil, onun fikrincə bunların təcəssüm etdirdikləri həyat cəlb edirdi. Zaman onun təsəvvürlərinin yanlış olduğunu göstərdi.
  • Sevaje citiralaпре 2 године
    Qanun deyər ki, “İstəyirsənsə xoşuna gələn şeylərə bənd ol, lakin onlara ancaq namuslu yolla yaxınlaş!” Ədəb deyər ki, “Öz vəziyyətini ancaq namuslu yolla yaxşılaşdırır”. Lakin əgər namuslu əmək az qazanc gətirir və insanı əldən salırsa, əgər bu yol çox uzun isə və heç bir vaxt gözəlliyə gətirib çıxarmır, ancaq ayaqları və ürəyi yorursa, əgər gözəllik meyli o qədər qüvvətli olursa ki, adam düz yoldan çıxır və onu sürətlə arzularına çatdıran yan yolu üstün tutursa – kim birinci olaraq ona daş atar? Yoldan çıxanların addımlarına şər deyil, hər şeydən əvvəl yaxşılığa can atmaq meyili istiqamət verir, şər deyil, hər şeydən əvvəl xeyir mühakiməyə adət etməmiş həssas təbiəti şirnikdirir.
fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)