Lolita həyatımın işığı, ehtiraslarımın odu-alovu.. Günahlarım, ruhum. Lo-li-ta: dilimin ucu dişlərimə toxunmaq üçün aşağı damağıma doğru üç dəfə hərəkət edir. Lo. Li. Ta.
Sevdaje citiraoпре 5 година
Bədənim nəyin həsrətində olduğunu əla bilirdi, ancaq ağlım onun bütün yalvarışlarını rədd edirdi.
Rovshan İsayevje citiraoпре 7 година
Köpək (hansısa yarımteryer) yaş, qırmızı, quttaperça (kauçukaoxşar elastik maddə) topu yerə salaraq, yenidən dişləriylə götürür və hələ necəsə ağzına da salırdı; qabaq pəncələri ilə möhkəm qazonun üzərində çevik akkordlar tutaraq ora-bura qaçırdı.
Leyla Khalil Rzaje citiralaпре 9 година
ölümüm qədər dəqiq bilirdim ki, onu bu dünyada haçansa gördüyüm və
Terane Ahmedovaje citiraoпре 5 година
Belə bir cəsarətdə bulunan və göstərilən cizgilərə sahib subyektdə buna qədər tez- tez tutqun və qızğın bir şey olur ki, bunu gizlətməyə çalışır.
b4887281091je citiraoпре 3 године
Mənim şiddətlə həzz aldığım varlıq o deyil, özümün Lolita kimi xəyal edib yaratdığım bir məxluq idi və bəlkə də əsl Lolitadan daha gerçək idi; onu gizlədən və ifadə edən; onunla mənim aramda üzən; iradədən və özünüdərkdən, hətta öz həyatından da məhrum.
Kamil Kamillije citiraoпре 5 година
Həmişə elə düşünmüşəm ki, məyus olmaq uydurma jestdir, ya da ola bilsin ki, hansısa orta əsr ayininin dumanlı əksidir; ancaq indi ümidsizliyə və qorxunc düşüncələrə dalmaq üçün meşəyə girəndə mənim əhvalımı məhz bu jest (İlahi, sən bir bu zəncirlərə bax) sözsüz və hər şeydən yaxşı ifadə edirdi.
b8452174644je citiraoпре 5 година
Bundan başqa, ayrı-ayrı yoldaşları bir çox şeylər, məsələn, nostalgiya, naməlum heyvanlardan qorxmaq, qastronomik və cinsi arzular, sevimli əyləncələr, sevimli radio verilişləri, düşüncə obrazlarının dəyişməsi və s. haqqında sorğu-suala tutmalıydım.
Rovshan İsayevje citiraoпре 5 година
Təbii ki, hər zaman ayıq-sayıq olmalıydım
Sevdaje citiraoпре 5 година
Bədənim nəyin həsrətində olduğunu əla bilirdi, ancaq ağlım onun bütün yalvarışlarını rədd edirdi.