Ziqmund Freyd (1856–1939) psixoanaliz
elminin banisidir. O, daha çox özünün təhtəlşüur
fikir və psixoloji repressiya mexanizmi
nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün
psixoanalizin klinik metodunun və pasient
(yaxud «analisand») və psixoanalist arasındakı
dialoqa əsaslanaraq psixopatologiyanın
müalicəsinin yaradıcısı kimi tanınır.
Bu kitabda Ziqmund Freydin əsərlərindən
seçilmiş aforizmlər toplanıb.