bookmate game
az
Roy Yakobsen

Möcüzə uşaq

Obavesti me kada knjiga bude dodata
Da biste čitali ovu knjigu otpremite EPUB ili FB2 datoteku na Bookmate. Kako da otpremim knjigu?
Roy Yakobsen Skandinaviya ədəbiyyatının canlı klassiki
hesab edilir. Bir çox ədəbi mükafatlara layiq görülüb.
İyirmidən çox romanın müəllifidir. İncə psixologizmlə yazılmış
“Möcüzə uşaq” romanı bir ailə dramıdır. 20-dən çox
dilə tərcümə olunub.
Kitab birnəfəsə oxunur və adamı keçən əsrin 60-cı illərinə
aparır. Bu elə bir dövr idi ki, qadınlar daha çox evdar
idi, ailələrdə çox vaxt hər iki valideyn olurdu, Norveçdə ilk neft pulları gəlməyə başlamışdı, ilk dəfə beşmərtəbəli evlər
tikilirdi, evlərə təzəcə dəbdəbə və zənginlik, mebelli divarlar,
divar kağızları və televizor gəlirdi. Bir ailənin dramı
qlobal hadisələr, 60-cı illərin mənzərəsi fonunda göstərilir
— Con Kennedinin qətli, Qəraib böhranı, Berlin divarının
tikilməsi, Yuri Qaqarinin uçuşu.
Əsərin qəhrəmanı ağıllı və tərbiyəli Finn adlı oğlandır.
Sinifdə ən yaxşı şagird olan Finn həm də nadinc, amma
əlaçıdır, yaxşı mütaliəsi, möhkəm yaddaşı var. O xoşbəxtdir,
onu anası böyüdür, çünki kran maşinisti olan atası onları
atıb gedib, sonra da qəzaya düşüb, ölüb.
Finn öz hekayəsini danışır. Danışdıqca adam gülmək və
ağlamaq istəyir…
Payızda onlar evlərinin bir otağını kirayəyə verirlər.
Finn bu kirayənişinə təzəcə öyrəşir ki, onların həyatında
başqa bir dəyişiklik baş verir. Finnin ögey bacısı, kran maşinistinin
başqa bir qadından olan qızı evlərinə gəlir. Onun
əlindəki kiçik çamadanda “bomba” var. Tezliklə partlayacaq
bomba…
Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayət
beləcə başlanır.
Ova knjiga je trenutno nedostupna
240 štampanih stranica
Vlasnik autorskih prava
Qanun Nəşriyyatı
Da li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎

Utisci

  • əliyeva Qumruje podelio/la utisakпре 5 година

    Maraqlı kitabdır Məncə olmuş hadisələrdir əsas da budur elə

  • Türkan Mərdanlıje podelio/la utisakпре 3 године
    👍Vredna čitanja
    🔮Kompleksna
    💧Sentiš

    Çox uzun müddətdən sonra bitirə bildiyim ilk kitab... Uşaq həyatı, düşüncələrinə dair əsərlər çox maraqlıdı. İnsanı öz uşaqlıq düşüncələrinə qaytarır... Müəllif çox şeyi üstüörtülü yazdığı üçün bəzi hissələr ilk oxunuşdan anlaşılmırdı və yenidən oxumaq lazım olurdu. Əsəri bitirməyimə baxmayaraq cavabını tapa bilmədiyim və ya dəqiqləşdirə bilmədiyim suallarım oldu.

  • qumrue77280je podelio/la utisakпре 5 година
    👍Vredna čitanja
    🔮Kompleksna
    💡Poučna
    😄HAHA

    Çox maraqlıdır olmuş həyat barəsində dir məncə ən sevdiyim də elə bu tip kitablardır

Citati

  • Gunel Najafovaje citiralaпре 5 година
    Babamın qəbri üstə biz çoxdan getməmişdik. Hərdən gedib qəbrinə baxıb-eləyən yalnız Oskar dayım idi. Mən oraya dörd il qabaq, şaxtalı bir gündə getmişdim. Milad Bayramı ərəfəsində. Şam yandırdıq, başqaları kimi əklil qoyduq. Onda mən soruşmuşdum ki, babam indi cənnətdədirmi. Oskar dayım şaxtalı nəfəsi ilə belə demişdi:
    – Yox, o, cəhənnəmdədir.
  • Sabahat Süleymanije citiralaпре 8 година
    Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur
  • Nizami Əlisoyje citiraoпре 7 година
    şəkilləri elə baxmaq üçün çəkmişik. Biz istədiyimiz şəkli seçir, götürüb baxırıq, sakitcə, xatirələrə dalırıq, yaddaşımızla danışırıq. Biz, axı bu şəkillərdə əks olunmuş həmin adamlarıq və onlar kimi də adi və normal adamlarıq.

Na policama za knjige

fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)