bookmate game
az
Jan Kormye

Çe Gevara

Obavesti me kada knjiga bude dodata
Da biste čitali ovu knjigu otpremite EPUB ili FB2 datoteku na Bookmate. Kako da otpremim knjigu?
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    Çe sağlamlığına böyük ziyan vuraraq olduqca çox siqaret çəkir, onun sağlamlığı isə hamı üçün vacibdir. Ximenes hücuma keçir:
    – Çe, sən bu qədər çəkməyi davam etdirə bilməzsən. Bu sənin həyatın üçün təhlükəlidir.
    Divara sıxışdırılan Çe, nəhayət, boynuna alır:
    – Razıyam. Ancaq heç olmasa gündə bir dənə siqar çəkməyə icazə verin. Tanrıların tütünü!
    Səhəri gün o, nazirliyə uzunluğu bir metr olan siqar ilə gəlir...
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    “Əsasən fəhlə kütlələri ilə rəhbərlər arasında əlaqənin olmaması və təşkilatların səhvləri ucbatından tətildə yanlışlıq baş verdi.
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    – Gerilyero – sosial islahatçıdır. O bütün silahsız qardaşlarımızı əsarətdə və yoxsulluqda yaşamağa məcbur edən rejimi dəyişmək üçün mübarizə aparır. Gerilyero əsasən və ilk növbədə aqrar inqilabçıdır.
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    Elə bu vaxt qonşu sinif otağından ilk güllə səsi eşidilir, sonra üçüncü otaqda daha bir güllə açılır. Çe anlayır: Villi və Çino artıq yoxdur...
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    Sovet hökumətinin istəyi aydın görünür: Kubadakı raketlərlə bağlı hadisələrdən sonra Birləşmiş Ştatlarla bağlanmış müqaviləyə uyğun olaraq, Latın Amerikasında baş verənlərə müdaxilə etməmək lazımdır. Moskva Çenin arzuladığı yanğını istəmir və Monxe ilə manipulyasiya edir ki, o, Boliviya ekspedisiyasının məğlub olmasına kömək etsin
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    Amerikada sosializmə dinc yolla keçid praktik olaraq qeyri-mümkündür. Elə buna görə də biz kubalılar deyirik: Amerikada xalqların azadlıq yolu sosializm yoludur və demək olar ki, bütün ölkələrdə bu yol güllə səsləri ilə keçiləcək. Mən proqnoz da verirəm – siz hamınız o hadisələrin şahidi olacaqsınız.
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    “Tayms” yazır: “Fidel bugünkü Kubanın ürəyi, qəlbi, səsi və saqqallı sifətidir. Raul Kastro İnqilabın qılıncını tutmuş yumruğudur. Gevara – İnqilabın beynidir
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    O, tədqiqatları sevirdi, böyük alim ola bilərdi, ancaq əsgər olmağı seçmişdi. Yorulmadan mütaliə edirdi, nəfəsimizi dərmək üçün dayandığımızda dərhal kitabı açırdı. Halbuki həmin vaxt yorğunluqdan üzülmüş biz gözlərimizi yuman kimi yuxuya gedirdik”.
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    Fidel hakimiyyətin barbudoları gözdən salmağa çalışdığı və bu niyyətlə uydurduğu, onların nüfuzuna xələl gətirən əfsanələri ifşa etməyin zəruriliyini anlayır
  • ahmedoffelvin99361je citiraoпре 8 година
    Savad öyrənmədən əlində silahı niyə tutduğunu anlaya bilməyəcəksən.
fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)