bookmate game
az
Zakir Sadatlı

Əfqanıstan uçurumu

Obavesti me kada knjiga bude dodata
Da biste čitali ovu knjigu otpremite EPUB ili FB2 datoteku na Bookmate. Kako da otpremim knjigu?
Sovet ordusunun Əfqanıstana girməsi və 10 il aparılan mü­ha­ribənin nəticəsi nə oldu? Sovetlər Birliyi bu savaşı niyə başladı, niyə bu müharibə sona çatmadı?
Qəribə odur ki, Əfqanıstan müharibəsi barədə yüz–lərlə əsgər mahnısı, tarixi faktları əks etdirən onlarla kitab yazılsa da, bu savaşın bədii həlli tapılmayıb, bu müharibə barədə roman-xatirə yoxdur.
Zakir Sadatlı Əfqanıstana girən ilk Sovet hərbi birləş­mələ­rinin tərkibində olub. 2 il ərzində gördük­lərini — mü­haribə dəh­şətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri — düz 30 ildən sonra yazdı, ürəyində və yaddaşında düyünlənib qalmış bu ağır yükü oxucularla bölüşdü.
Roman — detektiv əsər, çılpaq həyat fəlsəfəsi, müharibə estetikası, mübarizə poetikası təəssüratı yaradır. Amma bütün bunların heç biri təxəyyül məhsulu deyil, reallıqlardır, yazıçının eşitdikləri yox, yalnız gördükləri, içində olduqlarıdır…
Oxucu müəlliflə bərabər mühasirə dəhşətini, dö­yüş həyacanını yaşayır; müharibə görməyən, az qala, silahın nə olduğunu bilməyən oxucu belə müəlliflə bərabər döyüşlərə atılır və sonda müharibənin yükü çiyinlərində, bərkə-boşa düşmüş adam kimi romanı bitirir.
Bitirirmi? Yox, bu hiss və düşüncələr bir ömrün təəs­sürat­la­rına bəs edər.
Ova knjiga je trenutno nedostupna
233 štampane stranice
Vlasnik autorskih prava
Qanun Nəşriyyatı
Da li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎

Utisci

  • ahmedoffelvin99361je podelio/la utisakпре 8 година
    👍Vredna čitanja

    Sovetlərin Əfqanıstana müdaxiləsində iştirak etmiş əsgərin müharibədə gördükləri,yaşadıqları..

  • Asraf Sayyarlije podelio/la utisakпре 7 година
    👍Vredna čitanja

    Kitabi oxudugca sanki o doyuwculerin yerinde sen olmusan.her bir sehneni insan beyninde canlandirdigca muharibenin biz kinolarda gorduyumuz kimi asan,maragli olmadigini dahada aydin bawa duwmek olur.her bir cumleni yawadim bu kitabi oxudugca.

  • İmaməliyev Əfqanje podelio/la utisakпре 5 година
    👍Vredna čitanja

    İzmalkov siqaretini odladı:
    – Heç bilirsiz, bizim orduda bir əsgərin qiyməti neçəyədi?.. – Qəzəblə, qışqıra-qışqıra soruşdu.
    Heç kəs cınqırını belə çıxartmadı.
    – 72 qəpik!.. Bəli, bəli, 72 qəpik, – dedi.
    Əlavə elədi:
    – I… hıı… Bəs, bir patron? Görürsüz, hamınız qoyun kimi gözünüzü döyürsünüz… 2 manat 86 qəpik, demək olar ki, 3 manat…

    Maraqlı kitabdır. Xüsusən də müharibə mövzusu ilə daha çox maraqlananlara tövsiyə edirəm.

Citati

  • Mir Alije citiraoпре 7 година
    «Əlində imkanın ola, Yer üzünün bu şəkildə şəklini çəkib Allaha gön­dərəsən. Arxasında da yazasan ki, İlahi, kilsələr və məscidlər günahların öhdəsindən gələ bilmədiyi kimi, müharibələr də haqsızlıq və ədalətsizliyin öhdəsindən gələ bilməyəcək. Məgər bunlar sənin özünə agah deyil?»
  • Mir Alije citiraoпре 7 година
    Müharibə həmişə ölənlərə yox, qalanlara əzab verir.
  • Misir Məmmədlije citiraoпре 8 година
    Ayrıldıq döyüşdə biz iki yerə –
    Dünyada qalanlara, dünyadan gedənlərə...

Na policama za knjige

fb2epub
Prevucite i otpustite datoteke (ne više od 5 odjednom)